Mədəniyyət və Turizm Nazirliyi Rusiya Federasiyasının "Yeni adlar" Regionlararası İctimai Xeyriyyə Fondu ilə sıx əməkdaşlıq edir. Son illərdə bu əməkdaşlıq çərçivəsində nazirliyin dəstəyi ilə respublikamızın onlarla istedadlı gənci "Yeni adlar" Fondunun Moskva və Suzdal şəhərlərində Rusiyanın regionlarından, həmçinin MDB, Baltikyanı və digər xarici ölkələrdən olan istedadlı gənc musiqiçilər, şairlər, rəssamlar və onların müəllimləri üçün təşkil etdiyi yaradıcılıq məktəblərində təcrübə keçib, ustad dərslərində iştirak ediblər.
   Bakı şəhərindəki 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Yusif Yusifov və onun müəllimi Vaqif Məmmədov "Yeni adlar" Regionlararası İctimai Xeyriyyə Fondunun dəvəti ilə bu il iyulun 26-dan avqustun 9-dək Rusiya Federasiyasının Suzdal şəhərində keçiriləcək iyirminci yubiley beynəlxalq yay yaradıcılıq məktəbində iştirak edəcəklər.
    Yusif Yusifov 2011-ci ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Bu il İslam dünyası gənc klassik musiqi ifaçılarının Bakıda keçirilmiş I Beynəlxalq festivalında II yeri tutaraq laureat adını qazanıb. Yeniyetmə ifaçı ötən il Samarada Rusiyanın Xalq artisti Yuri Başmetin himayəsi ilə keçirilmiş MDB ölkələrinin Birinci Uşaq Musiqi Akademiyasında və 2011-ci ildə "Yeni adlar" Regionlararası İctimai Xeyriyyə Fondu tərəfindən Moskvada təşkil edilən yaradıcılıq məktəbində iştirak edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar