İyulun 6-dan 10-dək Almaniyanın Haydelberq şəhərində Beynəlxalq “Urmiya gölü” festivalı keçirilib.
   Almaniyada fəaliyyət göstərən “Urmiya gölü” Komitəsinin təşkilatçılığı ilə keçirilən və rəngarəng proqramla zəngin olan festivalda müxtəlif ölkələrdən (Belçika, Kanada, Rusiya, Almaniya, Türkiyə) dəvət olunmuş qonaqlar və xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak ediblər.
   Festival çərçivəsində Haydelberq qalasına yürüş və elmi seminar təşkil olunub.
   Seminarda Əli bəy Məhcubi, professor Ulrix Ayxelman, Almaniya parlamentinin deputatı Rahim Şmidt, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, “Urmiya gölü” Komitəsinin üzvləri çıxış ediblər. Cənubi Azərbaycandakı Urmiya gölünün qurumaq təhlükəsi ilə üzləşdiyi bir daha diqqətə çatdırılıb.
   Festival zamanı Cənubi Azərbaycandakı Urmiya gölünün tarixini və hazırkı vəziyyətini əks etdirən fotosərgi də nümayiş olunub.
   İyulun 7-də festival çərçivəsində görkəmli tarzən, Azərbaycanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyevin solo konserti böyük marağa səbəb olub. Tarzən və onu müşayiət edən pianoçu Gülçin Aslanovanın ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayan konsert proqramı 3 saata yaxın davam edib.
   Professor Ramiz Quliyev Azərbaycan klassik muğamları və milli musiqimizin gözəl nümunələri olan xalq mahnılarımızı böyük məharətlə səsləndirərək dinləyicilərdə xoş ovqat yaradıb. Bir zamanlar Ramiz Quliyevin sənətindən ruhlanan Vahid Tarzən və onun sənət dostları ustad tarzən ilə ilk dəfə səhnəni bölüşərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.
   Ramiz Quliyev 2013-cü ildə Berlində daha geniş formatda keçiriləcək növbəti festivala dəvət olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar