Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri avqustun 22-dən sentyabrın 8-dək TÜRKSOY Gənclər Kamera Orkestrinin tərkibində Türkiyənin Ankara, Side, Şimali Kiprin Girne şəhərlərində keçiriləcək konsertlərdə iştirak edəcəklər. TÜRKSOY Gənclər Kamera Orkestrində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan və Tatarıstanın istedadlı gənc musiqiçiləri yer alıb.
   Qeyd edək ki, bu, azərbaycanlı tələbələrin TÜRKSOY-un beynəlxalq layihələrində ilk iştirakı deyil. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Prezident təqaüdçüsü Mustafa Mehmandarov (skripka), Narın Musayeva (skripka) və Elvin Nəcəfov (alt) Gənclər Kamera Orkestrinin tərkibində 2011-ci il 19 iyul-30 avqust tarixlərində Türkiyə və Almaniyada, bu il aprelin 9-dan mayın 1-dək isə Türkiyədə və ABŞ-da təşkil edilmiş konsertlərdə uğurla iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar