Azərbaycanlı gənc musiqiçilər oktyabrın 1-dən 8-dək Ukraynanın Lvov şəhərində Xalq artisti Yuri Başmetin himayəsi altında keçiriləcək MDB ölkələrinin IV Gənclər Musiqi Akademiyasında iştirak etmək üçün dəvət alıblar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Xor Kapellasının artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərov (vokal), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Prezident təqaüdçüsü Ceyla Seyidova (skripka) və Üzeyir Mahmudbəyli (viola) sözügedən Akademiyada iştirak edəcəklər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar