XX əsr Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Abdulla Şaiq gənc nəslin təlim-tərbiyəsində müstəsna rol oynayıb. Görkəmli pedaqoq və ədibin bütün həyatı uşaq dünyasına bağlı olub, maraqlı mənzum nağıl və hekayələri, dram əsərləri ilə onların sevimlisinə çevrilib. Abdulla Şaiqin 135 illik yubileyi münasibətilə paytaxtın Xətai rayonundakı 221 saylı orta məktəbdə keçirilən yubiley tədbiri də bunların əyani sübutudur. Məktəbin 2 b sinif şagirdlərinin və sinif müəllimi Zülfiyyə Qənbərovanın rəhbərliyi ilə tədbirə xüsusi həvəslə hazırlaşdıqları şairin əsərlərinə çəkilmiş rəsmlərdən ibarət sərgidə belə hiss olunurdu. Uşaqlar şairin mənzil-muzeyində olmuş, orda gördüklərindən və oxuduqları əsərlərdən bəhrələnərək müxtəlif rəsmlər çəkmişdilər.
Sərgiyə baxışdan sonra şagirdlər A.Şaiqin şeirlərini, şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. “Qərənfil”, “Bənövşə”, “Qızılgül”, “Zanbaq” mahnılarında onların ətri duyulurdu. “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” əsərlərinin səhnələşdirilməsi də maraqla qarşılanıb.
Tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə də iştirak edib. O, böyük zövq aldığı tədbirin təşkilinə görə minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar