“Hədəf Nəşrləri”nin təsis etdiyi “Ustad” jurnalının ikinci nömrəsi işıq üzü görüb. Nəşrin bu sayında Şəmil Sadiqin “Ədəbiyyatın onları”, Müşfiq Xanın “Nədən və necə yazmalı?”, Yusif Əli Əfşarın “Dünyanın keçilməz məkanı - Çanaqqala”, Dimes Hak Alerlinin (Türkiyə) “Türk irfan idrakı işığında Şah Xətai və qızılbaşlıq”, Atacan Taqanın (Türkmənistan) “Qaraberetli Fikrət Qocanın tələbəliyi”, Orhan Arasın (Almaniya) “Sən haradasan, Çiçero?” və s. müəllif yazıları verilib.
Oxucular İran ədəbiyyatından Məhəmməd Tağı Zehtabinin “Su deyibdir mənə əvvəldə anam, ab ki yox” başlığı ilə təqdim olunan şeirləri və Pərvanə Məmmədlinin “Çağdaş Güney nəsrində milli kimlik axtarışları” təqdimat məqaləsi ilə Toğrul Atabayın “Manqurt” hekayəsini oxuya bilərlər.
Tərcümə bölməsində Cerom Selincerin özünün dərc olunmasını qadağan etdiyi “Paula” hekayəsi (Rövşən Danyerinin tərcüməsində) təqdim olunub.