Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türk Dil Qurumunun sədri Osman Mert və sədr müavini Harun Şahinlə görüşüb.
Mərkəzdən bildirilib ki, görüşdə qloballaşma dövründə türk dillərində gedən inteqrasiya prosesləri və bu proseslərin türk dillərinin inkişafına təsiri məsələləri ətraflı təhlil edilib.
Türk Dil Qurumu ilə Monitorinq Mərkəzi arasında elmi-mədəni əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunub.