İyulun 12-də Səməd Vurğunun ev-muzeyində görkəmli şair və dramaturq Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” kitabının təqdimatı keçirilib. Kitab “ATV kitab” layihəsi çərçivəsində “Parlaq imzalar” nəşriyyatında çap olunub. Tərtibçi-redaktoru və ön sözün müəllifi Nüşabə Babayeva-Vəkilovadır.
Tədbirdə layihənin rəhbəri Səlim Babullaoğlu, filologiya elmləri doktoru Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva və başqaları çıxış ediblər. Qeyd olunub ki, pritça V.Səmədoğlu yaradıcılığı üçün yeni janr olsa da, pritça yanaşması poeziyasında və dramlarında ifadəsini tapıb.
İştirakçılar kitabı Vaqif Səmədoğlu yaradıcılığının zənginliyini bir daha oxucuya tanıdan dəyərli nəşr kimi qiymətləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar