“Folklor və etnoqrafiya” beynəlxalq elmi jurnalının ikinci nömrəsi çap olunub.
Jurnal nəşrin yaradıcısı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının Aşıq Ələsgərə həsr etdiyi “Ələsgərəm, hər elmdən halıyam...” sərlövhəli yazısı ilə açılır.
“El yaddaşı”, “Söz böyüklərimiz”, “Sayalı yurdlar”, “Soyumuz-soydaşımız” kimi rubrikalarda professorlar Yusif Səfərovun “Naxçıvan rəvayətləri”, Əli Süleymanovun “Bayatılarımızın yer-yurd yaddaşı”, Abbasqulu Nəcəfzadənin “Cəfər Cabbarlının ilk müəllimi-Aşıq Zərnişan”, İsmayıl Məmmədlinin “Əta Tərzibaşının ruhuna hörmət və ehtiram kitabı” və digər yazılar dərc olunub.
“Sirli-sehrli sözlər”, “Sözlərin alt qatı” bölmələrində maraqlı yazılar və aşıq havacatlarının mənəvi-ruhi əsasları haqqında fikirlər verilib.