Moskva Dövlət Konservatoriyası nəzdində akademik musiqi kollecinin tələbəsi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvü Jalə Kərimova P.İ.Çaykovskinin 175 illiyinə həsr edilmiş “Bequşşaya volna” uşaq və gənclər yaradıcılığı beynəlxalq festival-müsabiqəsinin laureatı olub.
Moskva musiqi məktəblərinin yetirmələrinin iştirak etdiyi festivalda gənc skripkaçı Manuel de Falın “İspan rəqsi”ni ifa edib. Festival-müsabiqənin iştirakçılarını qiymətləndirən münsiflər heyətinə Rusiyanın tanınmış mədəniyyət xadimləri, A.Q.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun müəllimləri daxil idi.
Festivalın sonunda təşkil edilmiş qala-konsertdə Jalə Kərimova “İspan rəqsi”ni bir daha ifa edib. Ona “P.İ.Çaykovski və Moskva” muzeyinin fəxri diplomu təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar