Xalq yazıçısı Anarın kitabı özbək dilində çap edilib

Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Davr press” nəşriyyat evində Azərbaycanın Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində çap edilib.
“Dünya ədəbiyyatı xəzinəsi” seriyasında çap olunan kitabın tərcüməçisi Usman Kuçkar, məsləhətçisi AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərli, “ön söz”ün müəllifi AMM-in direktoru Samir Abbasovdur.
Kitaba yazıçının “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Dədə Qorqud” və digər əsərləri salınıb. Nəşrdə yazıçının hikmətli sözləri, Anarın həyat və yaradıcılığının mühüm dövrləri, habelə ədib haqqında görkəmli şəxslərin fikirləri yer alıb.
Kitabın Özbəkistanın aparıcı kitabxanalarına, elmi və tədris müəssisələrinə paylanılması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar