Noyabrın 6-da Heydər Əliyev Sarayında tanınmış müğənni, Rusiya şansonunun kraliçası, azərbaycanlı tamaşaçıların sevimlisi Lyubov Uspenskaya konsert proqramı ilə çıxış edəcək. Heydər Əliyev Sarayından bildiriblər ki, konsertdə müğənni yeni mahnılarını səsləndirəcək.
Müğənni ilk albomunu ("Lyubimıy") 1985-ci ildə yazdırıb. Albom ona keçmiş Sovet İttifaqında və ABŞ-da populyarlıq qazandırıb. L.Uspenskaya bir neçə dəfə "İlin şansonu" mükafatına layiq görülüb.