Sentyabrın 7-də YARAT Müasir İncəsənət Məkanı ədəbiyyatsevərləri bir araya toplamaq üçün növbəti “Ədəbiyyat gecəsi”ni keçirəcək. Bu dəfə gənc yazarlar Nigar Məmmədli, Hüseynağa Aslanov, Nuranə Nur və Pərviz Seyidli öz şeirlərini tamaşaçılara təqdim edəcəklər. Tədbirə giriş sərbəstdir.