Qaliblər Türkiyəyə səyahət paketi qazanacaqlar

Bakıdakı Yunus Əmrə İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi elan edib. Müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədilə keçirilir. Müsabiqəyə Tanpınarın yaradıcılığı haqda esselər qəbul olunacaq. Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə esse qəbulu noyabrın 15-dək davam edəcək. Təqdim olunan yazılar Türkiyə və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.
Esselərin həcmi 7-10 min işarə olmalıdır. Yazılar tanpinarbaku@gmail.com elektron ünvanına göndərilməlidir. Nəticələr dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. Müsabiqənin beş nəfər qalibi Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi ilə mükafatlandırılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar