Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.
Kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.
XX əsr ispan ədəbiyyatının sonuncu klassiki adlandırılan Migel Delibesin əsərlərini dilimizə Saday Budaqlı tərcümə edib. Nəşrin redaktoru Mahir Qarayevdir. Kitabın elektron versiyası yaxın günlərdə Tərcümə Mərkəzinin “açıq kitab” elektron kitabxanasında onlayn mütaliəçilərin ixtiyarına veriləcək.
M.Delibes “Sərv ağacının uzun kölgəsi”, “Yol”, “Sərsəm”, “Qırmızı yarpaq”, “Beş saat Mario ilə birlikdə”, “Altmış yaşlı həyat aşiqinin məktubları” və s. əsərlərin müəllifidir. 1993-cü ildə Servantes mükafatına layiq görülüb. 1998-ci ildə Nobel mükafatına namizəd olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar