Sentyabrın 18-də Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı başlanacaq.
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivala dahi bəstəkarın doğum günündə start veriləcək. On gün davam edəcək festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli musiqi günü keçirilir. 2009-cu ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalının təməli qoyulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar