Milli İncəsənət Muzeyində İsrail musiqiçilərinin konsert proqramı təqdim olunacaq

Sentyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası ilə birgə “Yerusəlimdən sevgi ilə” adlı konsert keçiriləcək.
Azərbaycan və İsrail arasında mədəni mübadiləyə xidmət edən tədbir Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində təşkil olunub. Konsertdə gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvarts çıxış edəcək.
M.Hacıyeva 1992-ci ildə Bakıda anadan olub, erkən yaşlarında İsrailə köçüb.
Yerusəlim Musiqi Akademiyasında vokal təhsili alıb. Amerika-İsrail Mədəniyyət Fondunun klassik ifa üzrə təqaüdçüsü olan gənc ifaçı beynəlxalq musiqi müsabiqələrinin iştirakçısıdır, 2016-cı ildə Keyptaunda keçirilən “Belveder” gənc vokalçıların beynəlxalq müsabiqəsinin yarımfinalçısı olub.
İstedadlı skripkaçı Yadid Şvarts da Yerusəlim Musiqi Akademiyasında ali təhsil alıb. Almaniya, Fransa, İtaliya və ABŞ-da keçirilən konsert və festivallarda solist və orkestrant olub. Gənc musiqiçi Almaniyanın şəhərlərində konsert turu ilə, eləcə də Hayfa simfonik orkestri ilə birgə “Sahildən sahilə” adlı beynəlxalq layihədə çıxış edib.
Konsertdə Cakoma Puççini, Lüdoviq van Bethoven, Volfqanq Amadey Motsart, Şarl Quno, Sergey Raxmaninov, Rixard Ştraus və başqa məşhur bəstəkarların əsərləri səslənəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar