ABŞ-ın Filadelfiya ştatındakı Dreksel Universitetinin alimləri müəyyən ediblər ki, musiqi terapiyası xərçəng xəstəliyini sağaltmağa qabildir. Melodik musiqi dinləmə xəstənin psixoloji vəziyyətini yaxşılaşdırır, müalicəni və xəstəlikdən sonrakı bərpa prosesini sürətləndirir.
Alimlərin apardığı tədqiqatda xərçəngdən əziyyət çəkən təxminən 3 min könüllü iştirak edib. Müxtəlif janrlarda həzin musiqiləri dinləyərkən xəstələrdə qan təzyiqinin, təngnəfəsliyin azalması və əhvallarının yaxşılaşması müşahidə edilib. Tədqiqatın aparıcı müəllifi Couk Bredt qeyd edib ki, musiqinin xəstələrin vəziyyətinə təsirinə dair araşdırmalar hələ davam etdirilməlidir. Lakin indidən xəstəxana və sağlamlıq mərkəzlərinə xərçəng xəstələrinin müalicəsinə musiqi terapiyasını daxil etmək tövsiyə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar