Azərbaycan Milli Konservatoriyasında yeni tədris ilində iki yeni fakültə fəaliyyətə başlayacaq. Təhsil müəssisəsinin təhsil işləri üzrə prorektoru, professor Malik Quliyev bildirib ki, bu ildən konservatoriyada milli estrada və caz musiqisi fakültələri yaradılıb. İlk qəbul ili olmasına baxmayaraq, hər iki fakültəyə plan yerləri dolub.
Hazırda Milli Konservatoriya 18 sentyabr - “Üzeyir musiqi günü”nə hazırlaşır. Bu münasibətlə sentyabrın 17-də Milli Konservatoriyanın həyətində konsert proqramı təqdim ediləcək. Konsertdə tədris ocağının orkestri, xor kollektivi və rəqs ansamblı çıxış edəcək. Qeyd edək ki, tələbə xorunun repertuarında həm xalq musiqi nümunələri, həm də Azərbaycan və dünya bəstəkarlarının əsərləri yer alır.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar