Azərbaycan Respublikası Prezidentinin «Üzeyir musiqi gününün keçirilməsi haqqında» 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il sentyabrın 18-də milli musiqi bayramı keçirilir. Bu münasibətilə konsertlər, müxtəlif tədbirlər, sərgilər təşkil olunur.
2009-cu ildən başlayaraq ənənəvi olaraq keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-27 sentyabr tarixində Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və orqan musiqisi zalında, Akademik Opera və Balet Teatrında, Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında konsertlər təşkil olunacaq. Konsertlərdə Azərbaycanın musiqi kollektivləri ilə yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış musiqiçi və qruplar - “Orfeon” xoru, Gürcüstan kamera xoru, P.Laul, K.Moskoviç, H.Şaham və başqaları iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar