Sentyabrın 9-da Bülbülün memorial muzeyində görkəmli vokal ifaçısı, Xalq artisti Mobil Əhmədovun (1931-2006) 85 illik yubileyi münasibətilə Əməkdar artist Ramil Qasımovun “Ustada ehtiramla” adlı kitabının təqdimatı keçirilib.
Muzeyin direktoru Fərqanə Cabbarova çıxış edərək Mobil Əhmədovun Azərbaycan professional vokal sənətinin banisi Bülbülün sinfində təhsil aldığını, Bülbül məktəbinin davamçısı olduğunu vurğulayıb. Hər iki sənətkarın xatirəsi yad edilib.
“Mədəniyyət” telekanalının baş direktoru, Əməkdar artist Ramil Qasımov Mobil Əhmədovun həyat və yaradıcılığından geniş söhbət açıb.
Digər çıxış edənlər də görkəmli vokalçı haqqında xatirələrini bölüşüblər. Tədbir iştirakçılarına “Ustada ehtiramla” kitabı təqdim olunub.
Tədbir zamanı Mobil Əhmədovun ifaları səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar