Ukraynanın ev sahibi olduğu “Eurovision-2017” Beynəlxalq mahnı müsabiqəsinin hansı şəhərdə keçiriləcəyi barədə suallara, nəhayət, nöqtə qoyulub. Musiqi yarışması paytaxt Kiyevdə keçiriləcək.
Bu məlumatı Ukrayna Milli Televiziya Şirkətinin baş direktoru Zurab Alasaniya elan edib. Müsabiqənin keçirilməsi üçün namizəd olan şəhərlər arasında Kiyev 19 səs toplayıb, Odessa 2 səs alıb.
“Eurovision-2017”nin yarımfinalları mayın 9-u və 11-də, final isə mayın 13-də keçiriləcək.
Qeyd edək ki, bu ilin mayında Stokholmda (İsveç) baş tutan “Eurovision-2016”nın qalibi Ukrayna təmsilçisi Camala olub. İkinci yeri avstraliyalı müğənni Demi İM, üçüncü yeri rusiyalı müğənni Sergey Lazarev qazanmışdı.
İlona Qubadova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar