Belə silsilə tədbirlərdən biri dünən Qazax şəhər İnternat məktəbində keçirilib. Yazıçılar Birliyinin Qazax zona filialının sədri şair Barat Vüsalın rəhbərliyi ilə davam edən yubiley tədbirində Qazax şairləri və yazıçıları, Müəllimlər İnstitutunun Qazax filialının müəllim və tələbə heyəti, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları iştirak ediblər. Yubiley tədbirində çıxış edənlər Mehdi Hüseyn yaradıcılığından, əsərlərində əks etdirdiyi daim aktual mövzulardan, xatirələrindən söhbət açdılar. Daha sonra şagirdlərin ifasında Mehdi Hüseynin əsərlərindən səhnələşdirilmiş parçalar göstərilib. Qeyd edək ki, M.Hüseynin 100 illik yubileyi may ayında daha geniş şəkildə keçiriləcək.