Rusiyanın İTAR-TASS agentliyində YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın müasir dövrün yeni çağırışlarına həsr olunmuş “YUNESKO - yeni çağırışlara doğru” kitabının təqdimatı olmuşdur. Kitabda 10 ildir YUNESKO-ya başçılıq edən K.Matsuuranın bütün nitqləri və çıxışları toplanıb.
   “Hakimiyyətin formulu” televiziya filmləri silsiləsindən, YUNESKO-nun tarixindən və dünyanın intellektual elitasını birləşdirən bu qurumda islahatlar aparılmasında K.Matsuuranın böyük rolundan bəhs edən film ilk dəfə qonaqlara təqdim olunub.
   YUNESKO-nun təşəkkülünə və RF ilə əməkdaşlığın inkişafına xüsusi töhfəsinə görə K.Matsuuraya Rusiya Dövlət Humanitar Universitetinin fəxri doktoru adı verilib.
   Koişiro Matsuura kitabın nəşrinə göstərdiyi köməyə və belə bir filmin çəkilişinə görə İTAR-TASS-ın baş direktoru, YUNESKO-nun xoşməramlı səfiri Vitali İqnatenkoya minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar