Avqustun 10-da Tacikistanın Düşənbə şəhərində MDB iştirakçı ölkələrinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXIV iclası öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, MDB iştirakçı ölkələrinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXIV iclası Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir. Artıq Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Düşənbə şəhərindədir.
   İclas zamanı MDB iştirakçı ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq və MDB iştirakçı dövlətlərinin mədəniyyət və incəsənət sahəsində təhsilin inkişafı konsepsiyalarının layihələri, Hökumət başçıları Şurası tərəfindən təsdiq olunmuş MDB iştirakçı ölkələrinin 2009-2010-cu illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.