“Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” layihəsi çərçivəsində Azərbaycanda İslam ölkələrinin mədəniyyət günləri keçiriləcək. Mədəniyyət günlərində paytaxt sakinləri və şəhərimizin qonaqları Küveyt, Misir, İordaniya və Mərakeşin adət-ənənələri, musiqisi, müasir filmləri ilə yaxından tanış olacaqlar.