Noyabrın 26-da C.Cabbarlının ev-muzeyi və Yazıçılar Birliyinin «İrs» komissiyası «Cəfər Cabbarlı repressiya məngənəsində» mövzusunda elmi-kütləvi tədbir keçirib. Yazıçılar Birliyinin «Natəvan» klubunda düzənlənən tədbiri giriş sözü ilə açan professor Nizaməddin Şəmsizadə C.Cabbarlı yaradıcılığı haqqında məlumat verib. Dahi dramaturqun qələmə aldığı əsərlərin bədii məziyyətlərindən, dramaturgiyamızın və teatrmızın inkişafındakı əvəzsiz xidmətlərindən, tərcüməçilik fəaliyyətindən danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, C.Cabbarlı yaradıcılığının Azərbaycanın ictimai fikir tarixindəki böyük rolunu xatırlatdı. «Cəfər Cabbarlı və milli istiqlalçılar» mövzusunda məruzə edən filologiya elmləri namizədi Asif Rüstəmli öz çıxışında ölməz dramaturqun aprel işğalından sonra - 1922-1923-cü illərdə iki dəfə həbs olunduğunu, işgəncələrə məruz qaldığını və son nəfəsinə qədər öz ideallarına xəyanət etmədiyini söylədi. Tədqiqatçı-alim bildirdi ki, C.Cabbarlı Türkiyədə sığınacaq tapan milli istiqlalçıların Azərbaycandakı nümayəndəsi olub. Bu ağır və çətin illəri Cəfər Cabbarlı həyatının parlaq dövrü kimi qiymətləndirən A.Rüstəmli, böyük dramaturqun istintaq zamanı özünü çox mərd və cəsarətli apardığını qeyd etdi. Asəf Cəbiyevin çıxışı tədbir iştirakçılarını çox təsirləndirdi. Məlum oldu ki, Azərin atası Hacıbaba Cəbiyev C.Cabbarlının həbsxana yoldaşı olub. O, atasının C.Cabbarlı haqqında xatirələrini dilə gətirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Zülfiyyə Eldarqızı C.Cabbarlının «Ana» və «Açıb və solan çiçəklər» şeirlərini, aktyor Əli Nur unudulmaz sənətkarın «Ədirnə fəthi» əsərindən Mustafa Kamal Paşanın monoloqunu söylədi. Digər çıxışçılar da C.Cabbarlının çoxcəhətli yaradıcılığı barədə danışdılar. Sonda çıxış edən C.Cabbarlının qızı Gülarə xanım atasının xatirəsini əziz tutduğu üçün Yazıçılar Birliyi rəhbərliyinə və bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Ayxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar