“Nazirlər Kabinetinin nəzdindəki Dənizkənarı Milli Park İdarəsi İqtisadi İnkişaf Nazirliyinin Kadastr Xidməti ilə bir yerdə Nobel prospektində yerləşən və sökülməsi nəzərdə tutulan sənaye obyektləri, inzibati və yaşayış tikililərinin siyahısını hazırlayıb. Bu barədə Dənizkənarı Milli Park İdarəsi rəisinin müavini Nazim Məcidov bildirib.
N.Məcidov qeyd edib ki, Milli Parkın ərazisi Bakı İdman Sarayından Bibiheybət qəsəbəsindəki Bayraq Meydanına, Dəniz Vağzalından “Nargilə” kafesinə kimi genişlənəcək: “Yenidənqurma və parkın ərazisinin genişləndirilməsi kompleks proqramı ilə əlaqədar müvafiq hazırlıq işləri görülür”.