Fevralın 1-də Milli Məclisinin (MM) növbəti iclası keçirilib. İclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Sənəd haqqında MM-in Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Komitə sədri qanuna təklif olunan əlavə və dəyişikliklərdə mədəniyyət abidələrinin özəlləşdirlib-özlləşdirilə bilməməsinə aydınlıq gətirdiyini bildirib: “Elə abidələr var ki, onlar yerli əhəmiyyətli olsa da, özəlləşdirilməsinə və səmərəli istifadə olunmasına icazə verilmirdi. Qanuna təklif edilən əlavə və dəyişiklik bu problemi aradan qaldırır”.
   Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.   

   Turan