Mayın 20-də Bakıda Türkmənistanın dahi şairi və mütəfəkkiri Məhdimquluya həsr olunmuş xatirə gecəsi keçiriləcək. Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək tədbirdə Məhdimqulunun həyat və yaradıcılığından, türkmən ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açılacaq.
   Gecədə Azərbaycan və Türkmənistanın incəsənət ustaları çıxış edəcəklər.
   Qeyd edək ki, mayın 18-i Türkmənistanda Məhdimqulu Poeziya Günü kimi qeyd olunur.