Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə bir qrup jurnalistə Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə nazirliyin fəxri fərmanları və mükafatlar təqdim olunacaq.
   Tədbirdə həmçinin «Mədəniyyət» qəzetinin bu ilin mart-iyun aylarında keçirdiyi «Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi» müsabiqəsinin nəticələri açıqlanacaq. Qaliblərə diplomlar və mükafatlar təqdim ediləcək.