Britaniyalı arxeoloqlar məşhur Stounhencdən 15 mil (24 kilometr) aralıda Neolit dövrünə aid qədim və geniş qəbiristanlıq tapıblar. «Science Daily»nin məlumatına görə, qəbirlərin təxminən 6 min il yaşı var. Qəbiristanlıq yaxşı öyrənilən Krenborn Çeys neolitik rayonunun yaxınlığındakı Demerem kəndi ətrafında aşkar edilib. Kinqston Universitetinin göndərdiyi ekspedisiyanın rəhbəri Helen Vikstedin sözlərinə görə, çox təəccüblüdür ki, qəbiristanlığı indiyə kimi heç bir tədqiqatçı aşkar etməyib.
   Kompleksdə qazıntı işləri hələlik başlamayıb. Tezliklə ərazinin hərtərəfli şəkilləri çəkiləcək, eləcə də torpağın üst qatının tərkibi araşdırılacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar