Tanınmış aktrisalara sevgisi ilə məşhur olan amerikalı rejissor Vudi Allen Fransanın birinci ledisi Karla Bruni-Sarkozini kinoya çəkmək istəyir. «RTL» radiostansiyasına müsahibəsində Allen bildirib ki, Bruninin gözəl aktrisa ola biləcəyinə əmindir: «Onun xarizması var, filmdə oynayıb və publikaya tanışdır».
   Məşhur komediyalar rejissoru keçmiş top-modeldən «müxtəlif üsullarla» istifadə edə biləcəyini, ancaq konkret təkliflərinin olmadığını bildirib: «Amma mən mütləq onunla bu barədə danışacağam və maraqlı olub-olmadığını soruşacağam».
   Model biznesindən uzaqlaşandan sonra müğənniliyə başlayan və ötən il Fransa prezidentinə ərə gedən Karla Bruni artıq böyük ekranda görünüb. O, 1994-cü ildə Robert Oltmenin «Yüksək moda» filmində özünü oynayıb. Bu filmdə digər modellər, dizaynerlər və məşhur şəxslər də iştirak ediblər. Məsələn, müğənni Byork və illüziyaçı Devid Kopperfild. 1995-ci ildə isə o, başqa bir filmdə ekranda görünüb.
   Məlumatlara görə, Vudi Allen növbəti üç filmini Avropada çəkməyə hazırlaşır. Onun gələn il Fransada işləyəcəyi bildirilir. Qeyd edək ki, mart ayında Allenin avstraliyalı kino ulduzu Nikol Kidmanla razılığa gəldiyi barədə məlumat yayılmışdı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar