Mütəxəssislər Fransanın Milli Tarix Muzeyinə hələ də münasib yer tapa bilməyiblər. «Le Figaro» yazır ki, ölkə prezidenti Nikolya Sarkozi bu muzeyin yaradılmasına xüsusi çalışır.
   Mədəniyyət Nazirliyinin bir qrup əməkdaşına gələcək muzey üçün yer tapmaq tapşırılıb. Onlar 10-dan artıq variantı nəzərdən keçirsələr də, hələlik heç bir qərar qəbul etməyiblər.
   Fransanın mülki və hərbi tarix muzeyi üçün hazırda Ordu Muzeyinin yerləşdiyi Əlillər Evi nəzərdən keçirilib. Bu evdə Napoleonun və digər məşhur hərbçilərin də məzarı yerləşir. Amma Əlillər Evi Müdafiə Nazirliyinin nəzdindədir. Nazirlik isə yeni muzeyin təşkili ilə məşğul olmağa hazırlaşmır. Bundan əlavə, bir çox ekspertlər qeyd edirlər ki, Fransa Milli Tarix Muzeyinin Əlillər Evində yerləşməsi ölkə tarixinin üzərinə «müharibə tərəfdarı» kölgəsinin düşməsinə səbəb ola bilər. Muzeyin Versalda yerləşməsi versiyası da nəzərdən keçirilib. Lakin Versalın özünün XIX əsrdə kral Lui-Filipp tərəfindən yaradılan Fransa Tarix Muzeyi var. «Le Figaro» onu da qeyd edir ki, turistlər üçün Versal ilk növbədə XIV Lüdovik və Mariya-Antuanetta deməkdir. Bu isə tarix muzeyinə marağı azaldacaq.
   Fontenblo qəsri və muzeyi həddən artıq uzaqda yerləşir və infrastruktur kifayət qədər inkişaf etməyib. 2011-ci ildə yeni yerə köçəcək milli arxivlərin binası isə sahəsinə görə kiçikdir.
   Ən real namizəd kimi Vensen qəsri göstərilir. Qəsrin rəhbərliyi də muzeyin yerləşdirilməsinə çalışır. Qəsrin ərazisində kifayət qədər boş yer var. Bundan əlavə, Parisin şərqində belə bir muzeyin yaradılması qərbdə yerləşən Versalla balans yaratmış olar. Amma bu qəsrdə muzey yerləşdirmək maddi baxımdan sərfəli deyil. Çünki həmin ərazidə hər şeyi əvvəldən başlamaq lazım gələcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar