İngiltərənin paytaxtı Londonda dünyanın ən böyük karnavalı keçirilib. London şəhərinin meri Boris Conson jurnalistlərlə söhbətində qeyd edib ki, bu tarixi hadisə Karib hövzəsi mədəniyyətinin nailiyyətlərini nümayiş etdirməyə imkan verən böyük incəsənət bayramıdır. Mer həmçinin qeyd edib ki, Avropanın ən böyük karnavalı olan bu tədbirdə London əhalisi ilə yanaşı bir çox ölkələrdən də gəlmiş nümayəndələr də iştirak edirlər.
   Əsası 1958-ci ildə qoyulmuş bu musiqi bayramı Londonun Hottinq-hill rayonunda keçirilir. Bu ən böyük küçə karnavalında milyona yaxın insan iştirak edir. Karnavalın əsasını əslən Trinidaddan olan jurnalist qadın Klaudiya Cons qoyub. Onun İngiltərədə milli ayrıseçkilik haqqında yazdığı məqalədən sonra cəmiyyətdə böyük dönüşün yarandığı bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar