Misir hökuməti dünyanın yeddi möcüzəsindən biri olan ehramları daha etibarlı şəkildə qorumaq barədə xüsusi qərar çıxarıb. “Əl-Əhram” qəzetinin yazdığına görə, ölkənin baş arxitektoru Zəki Həvas deyib ki, bundan sonra ölkəyə gələn turistlərə ehramlara yaxın yerdə maşınla hərəkət etmək, yaxud digər nəqliyyat vasitələrindən istifadə etməklə ehramlara yaxınlaşmaq qadağan olunur. Məşhur Xeops, Hefren, Mikerina ehramlarının ətrafındakı suvenir köşklərinin də ləğv olunacağı istisna edilmir. Baş arxitektor jurnalistlərlə söhbətində onu da qeyd edib ki, bundan sonra turistlərin xüsusi icazə olmadan ehramların üzərinə çıxmasına, ətrafdakı arxeoloji tapıntı nümunələrinə əl vurmasına, habelə texniki avadanlıqlardan istifadə edilməsinə icazə verilməyəcəkdir. Ətraf mühitin və ekologiyanın pozulmasının qarşısını almaq, ehramları daha yaxşı qorumaq, xüsusi əraziləri aşınmadan xilas etmək məqsədilə kompleks tədbirlərin görülməsi nəzərdə tutulur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar