2010- cu ilin aprelində Azərbaycanda “Mədəniyyətlərarası dialoq”a həsr olunmuş beynəlxalq sammitin keçirilməsi nəzərdə tutulub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirə hazırlıq işlərinə başlandığını qeyd edib. Nazir bildirib ki, hazırlıq işləri təkcə Azərbaycanda həyata keçirilmir. Bununla əlaqədar sentyabrın 13-də Parisdə UNESCO-nun baş qərargahında da iclas keçiriləcək, müzakirələr aparılacaq. Artıq bu işlərlə bağlı Təşkilat Komitəsi də formalaşıb.