Fevralın 17-də İtaliyanın San-Remo şəhərində 60-cı ənənəvi musiqi festivalına start verilib. Bu barədə məlumat yayan internet saytlarında qeyd edilir ki, beş gün davam edəcək bu festivalı Avropanın bütün aparıcı telekanalları dünyaya yayımlayacaq.
   Fevralın sonunadək davam edəcək festivalın birbaşa - canlı efir vasitəsilə yayımlanacağı bildirilir. Münsiflər heyətinin müəyyən etdiyi qaydalara görə, San-Remo festivalına təqdim olunan mahnılar bundan əvvəl heç yerdə səslənməyən musiqi nömrələrindən ibarət olmalıdır. Qalibə festivalın baş mükafatı - “Qızıl palma” təqdim olunacaqdır. Xəbər agentliklərini yaydığı məlumatlara görə, “San-Remo - 60” musiqi festivalına 15-dək musiqi kollektivi qatılıb ki, bunların da böyük əksəriyyəti əvvəl də bu festivallarda iştirak edib.
   Televiziya tənqidçisi Aldo Qross isə bu arada KİV nümayəndələri ilə söhbətində bildirib ki, “San-Remo - 60” musiqi festival daha çox televiziya kanallarının bayramıdır. Çünki bu bayramda biz televiziya əməkdaşları özümüzü istədiyimiz kimi, lap əsl “fironlar” kimi aparırıq. Festivalın davam etdiyi zaman kəsiyində bütün teleaparıcılar və yaradıcı heyət ifrat sərbəstlik mühitində fəaliyyət göstərir. Bu, həm də bizə və bizim gündəlik həyatımızdakı adiliklərə təzə nəfəs, təzə səs və əlbəttə ki, təzə yaradıcılıq ruhu bəxş edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar