Bolqarıstanlı teatr rejissoru Aleksandr Morfov Sankt-Peterburq şəhərindəki “Lenkom” teatrında tamaşaya qoyulmağa hazırlanan əsər üzərindəki hazırlıq işini yarımçıq qoyaraq qaçıb. Bu barədə məlumat verən Rusiyanın xəbər agentlikləri məsələnin əsl mahiyyəti barədə konkret bir versiya olmadığını bildiriblər. Məsələ orasındadır ki, yanvar ayının sonlarında premyerası gözlənilən “Şir qışda” əsərinin quruluşçu rejissorunun nə üçün aradan çıxdığı barədə teatrda ağlabatan bir səbəb olmadığı bildirilir. Xatırladaq ki, Ceyms Holdmanın əsəri əsasında hazırlanan bu tamaşada əsas rolları tanınmış aktyorlar, o cümlədən Aleksey Serebryakov, İnna Çurikova va başqaları oynayırlar. Mətbuatın yazdığına görə,hadisələrin belə gözlənilməz dönüşü hər şeyi alt-üst etdiyindən, bu səhnə əsərinin tezliklə tamaşaya qoyulub-qoyulmayacağı məlum deyil.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar