İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin ötən il Bakıda keçirilən 6-cı iclasında İraqın Nəcəf şəhəri 2012-ci ildə islam mədəniyyətinin paytaxtı elan edilmişdi.
İraqın Mədəniyyət Nazirliyi həmin qərara müvafiq olaraq qarşıdan gələn tədbirləri, onların büdcəsini planlaşdırmağa başlayıb. İlk növbədə Nəcəfdə bir sıra tarix və mədəniyyət abidələrinin bərpası nəzərdə tutulmuşdur. Bu məqsədlə yerli və xarici firmalar arasında müsabiqə elan edilmişdir. Nəcəf şəhərinin meri Ədnan al-Zorfi demişdir ki, son nəticədə 78 milyonluq layihənin icrası bir türk firmasına həvalə edilmişdir. Layihə teatr, muzey və başqa mədəniyyət obyektlərinin tikintisini nəzərdə tutur.