Son illər paytaxtımızda gerçəkləşən beynəlxalq festival və forumlar, böyük mədəniyyət layihələri, intişar tapan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri Bakını dünyanın öndə gələn şəhərləri ilə bir sıraya çıxarıb. Şəhərimiz ən möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanındadır. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın verilməsi də buna bariz sübutdur.
Amma onu da nəzərə almaq lazımdır ki, hər bir tədbir öz-özülüyündə unikal olduğu kimi, ona ev sahibliyi etmək üçün müəyyən meyarlara cavab vermək zəruridir. Bunu nəzərə alaraq Bakının Avropa mədəniyyətinin paytaxtı seçilə bilməsi ehtimalını araşdırdıq, seçim prosesinə, qalib şəhərlərin nümunələrinə, onların sahib olduqları unikallığa diqqət yetirdik.
Avropada “mədəniyyət paytaxtı” anlayışı necə yaranıb?
Ümumiyyətlə, mədəniyyət paytaxtı anlayışı haradan gəlir və mədəniyyətlə yaxından-uzaqdan nə qədər əlaqəlidir, hansı mərama xidmət edir? Qısa tarixçə belədir: Avropanın mədəniyyət paytaxtı anlayışını iki nüfuzlu siyasətçi - Melina Merkuri və Jek Lang 1985-ci ildə formalaşdırıb. Əsas məqsəd isə mədəniyyətlə bağlı baş verən mühüm hadisələri bir şəhərə cəmləmək və bu minvalla Avropa insanlarını bir araya gətirmək olub. Əslində siyasilərin düşündüyü, Avropada inteqrasiyaya xidmət edən ideya daha sonra böyük mədəniyyət hadisəsinə çevrilib. İl ərzində sadəcə bir şəhərdə incəsənət və mədəniyyət tədbirlərinin ardıcıl şəkildə təşkili, müxtəlif etnik, dini fərqlərə malik olan insanların bir araya gəlməsi özlüyündə yeni mədəniyyət formalaşdıran amil kimi ortaya çıxır. Hansısa şəhərin “mədəniyyət paytaxtı” elan edilməsinin turizmin inkişafı baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulamağa isə lüzum yoxdur. Bu hər kəsə aydındır.
Seçim necə aparılır?
Gələk “Avropa mədəniyyət paytaxtı”nın seçim prosesinə. Avropada hər il iki şəhər mədəniyyət paytaxtı seçilir. 2013-cü il üzrə uzun və gərgin keçən seçimlərdə Fransanın Marsel, Slovakiyanın Koşiçe şəhərləri qalib gəldi. Prosesin özü isə iki il çəkdi. Bir il sadəcə sənədlərin qəbulu və təqdimatlara ayrıldı. İkinci il seçim turuna həsr edildi ki, həmin müddətdə namizəd şəhərlər müraciətlərini daha detallı təqdim etməli, seçimlər üzrə dörd münsif namizəd şəhərlərə səyahət etməli idi.
Münsiflər heyətinin tərkibi ümumilikdə 13 nəfərdən ibarətdir. Onlardan 6-sı Fransa, 7-si isə Avropa institutları tərəfindən təyin edilir. Münsiflər 3 il müddətinə təyin olunur və onların üçdə biri hər il əvəzlənir. Qalib şəhər isə münsiflər heyətinin səs çoxluğu ilə seçilir.
Keçirilən tədbirlərin əhatə dairəsi
Avropanın mədəniyyət paytaxtının beynəlxalq səviyyədə tanınan xüsusi nişanı yoxdur. Sadəcə paytaxt seçilən şəhər özünün mədəniyyət və incəsənətlə bağlı proqramlarını təklif edir. Elə əsl məqsəd də yüksək keyfiyyətli mədəniyyət proqramlarının hazırlanması və onun mümkün qədər daha geniş auditoriyaya çatdırılmasıdır. Rəqs, musiqi, teatr, müasir incəsənət və eyni zamanda elm, texnologiya, idman, mətbəx və xalq mədəniyyəti bu proqramların ayrılmaz tərkib hissəsidir. Əslində, mədəniyyət paytaxtı çərçivəsində baş tutan tədbirlərin əhatə dairəsi bəzi hallarda ölkə sərhədlərini də aşır. Bu isə o deməkdir ki, paytaxt seçilmiş şəhərə beynəlxalq səviyyədə tanınan mədəniyyət xadimləri və gənc istedadlar cəlb oluna bilər və əksər hallarda belə də olur.
Bu ilin mədəniyyət paytaxtı - Marsel
İlk öncə qeyd edək ki, 2013-cü ilin mədəniyyət paytaxtı dedikdə yalnız Marsel şəhəri nəzərdə tutulmamalıdır. Şəhərin yerləşdiyi vilayətə La Cioatat Arles, Aix, Aubagne daxildir. Ancaq söhbət Marsel şəhərindən gedirsə, burada təşkil olunan istənilən mədəni tədbiri izləmək çox asandır. Bunun üçün yalnız şəhərin Bargemon adlanan hissəsində yerləşən taxtadan və şüşədən hazırlanmış “Pavilion M” binasına və ya “Hotel de Ville”yə qalxmaq kifayətdir. Buradan biletləri almaq, şəhərdə olub-bitənlərdən xəbərdar olmaq olduqca asandır.
Marselin özünə və həyat tərzinə gəldikdə, bu şəhər Fransanın cənubunda yerləşən, ərazisinə görə ölkənin üçüncü, əhalisinə görə isə ikinci şəhəridir. Avropanın dörd bir yanı ilə sıx əlaqəlidir. Şəhər əhalisi Şimali Afrikadan gələnlərin (Əlcəzair, Liviya, Mərakeş və s.) çoxluğu ilə seçilir. Bu isə Marseli mədəniyyət və etnik baxımdan rəngarəng və müxtəlif edir. Marsel bir şəhər kimi təzadlarla çox zəngindir. Dar küçələri ilə İçərişəhəri xatırladan, kasıb afrikalıları ilə Şimali Afrika şəhərlərinə bənzəyən və müasir beşulduzlu hotelləri ilə gözoxşayan şəhəri yalnız bu xüsusiyyətlərinə görə də ziyarət etməyə dəyər. Və bunun üzərinə Avropanın mədəniyyət paytaxtı seçilməsi ilə bağlı il boyu baş tutacaq tədbirləri gəlsək turistləri hansı mənzərənin gözlədiyini anlaya bilərik.
Avropanı Asiyaya bağlayan İstanbul
2010-cu ildə Türkiyənin İstanbul şəhəri Avropa mədəniyyətinin paytaxtı seçilmişdi. İstanbulun mədəniyyət paytaxtı seçimlərində qalib gəlməsi bu seçimlərin obyektivliyi, üstünlük verilən şəhərlər və onların sahib olmalı olduqları keyfiyyətlər barədə kifayət qədər informasiya verir. İstanbul coğrafi mövqeyi, iki qitədə yerləşməsi, etnik, dini müxtəliflik baxımından dünyanın ən unikal şəhərlərindəndir. Biz bu keyfiyyətləri Marsel şəhərini təsvir edərkən də gördük. Buradan heç şübhəsiz nəticə çıxarmaq olar ki, hansısa şəhərin mədəniyyət paytaxtı seçilməsi üçün əsas şərtlərdən biri oradakı mədəni, etnik müxtəliflik, təbii və tarixi abidələrlə zənginlikdir.
Bakının mədəniyyət paytaxtı kimi imkanları
Ümumiyyətlə, seçim mərhələsi, əsas götürülən meyarlar və seçilən şəhərlərin siyahısı onu göstərir ki, Bakı yaxın gələcəkdə Avropa mədəniyyətinin paytaxtı ola bilər. Çünki şəhərimiz onsuz da müxtəlif mədəniyyətlərin paytaxtıdır. Bu şəhər kilsə, məscid və sinaqoqun yan-yana durduğu, etnik müxtəlifliyi, tolerant mədəniyyəti, müxtəlifliklərə dözümlülüyü ilə seçilən paytaxtdır. Həmin xüsusiyyətlərin üzərinə təbiətin Xəzərin mirvarisi olan Bakıya bəxş etdiyi unikallığı da əlavə etsək, bu əminliyin əsassız olmadığını görərik.
Bundan əlavə, Bakının maddi mədəniyyət nümunələri olan Qız qalası, İçərişəhər, Atəşgah və şəhər ətrafında yerləşən müqəddəs məkanlar da Bakını Avropa və dünya turistləri üçün maraqlı edir. Son zamanlar müasir tikinti və arxitektura nümunələri də şəhərin daha bir təzadını-müasirliklə tarixiliyi özündə ehtiva edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, heç şübhəsiz bu unikallıqları nəzərə alaraq 2010-cu ildə şəhərimizdə keçirilən Dini Liderlərin Ümumdünya Sammitində bildirmişdi ki, gün gələcək Bakı Avropa mədəniyyətinin paytaxtı seçiləcək.
Son zamanlar ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər də o günün çox uzaqda olmadığını söyləməyə əsas verir. Bakını Avropa mədəniyyətinin paytaxtı görmək arzusu ilə!
Sadiq Musa