“Zəngin tariximizi əks etdirən çox əsərlər, kitablar var. Ancaq onlar
ın içərisində bizim milli mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlər hamısından qiymətlidir və bu gün üçün, gələcək üçün hamısından da gərəklidir. Bu gün biz sərbəstik, azadıq, müstəqilik və öz tarixi keçmişimizi, öz mənəvi dəyərlərimizi, öz mədəniyyətimizi olduğu kimi təhlil edib xalqımıza, millətimizə və gələcək nəsillərə çatdırmağa qadirik. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır”.Ulu öndər Heydər Əliyevin 2000-ci il aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastan
ının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində dediyi bu sözlər xalqın tarixi yaddaşını yaşadan, mədəni intibahında, dünyagörüşündə əvəzsiz rol oynayan kitaba verilən ən yüksək qiymətdir.Ölkəmiz qədim dövrlərdən ba
şlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitablar əvəzsiz rol oynayıb. Kitab mədəniyyəti milli-mədəni irsimizin ən zəngin və dəyərli səhifələrindən biridir.* * *
Dünya tarixinə nəzər salsaq görərik ki, qədim əlifba, yaz
ı mədəniyyəti və ibtidai çap materiallarının meydana gəlməsi və ilk əlyazma kitablarının yaranması Şərqdən başlanıb. Lakin mütaliəyə maraq genişləndikcə əlyazma kitabları oxucunun tələbatını ödəyə bilmirdi. Ona görə də kitab çapı üçün yollar aranmağa başlandı. VIII əsrdə Koreyada, Çində və Yaponiyada ksiloqrafiya üsulu ilə çap işi, çinli Bi Şen tərəfindən mütəhərrik çap literinin hazırlanması (1041-1048) kitab çapına doğru ilk addımlar oldu.Avropada çap üsulu daha sonralar meydana g
əlsə də, kütləvi kitab nəşri məhz buradan dünyaya yayıldı. 1440-cı illərdə alman ixtiraçısı Yohan Qutenberq Mayns şəhərində kitab çapının əsasını qoydu. Tezliklə onun ixtirası qonşu ölkələrə yayıldı, 1465-ci ildə İtaliyada, 1468-ci ildə İsveçrədə, 1470-ci ildə Fransada, 1473-cü ildə Belçikada, Macarıstanda və Polşada, 1474-cü ildə İspaniyada, 1476-cı ildə Çexiyada, İngiltərədə və s. kitab çapına başlanıldı. Çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər sayəsində daha da zənginləşirdi. XVIII əsrin 90-cı illərində almaniyalı A.Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P.Knyaginski avtomat özüyığan maşını ixtira etdi.* * *
Əlyazma kitab m
ədəniyyətində özünəməxsus yeri olan Azərbaycanda litoqrafiya üsulunda çap XIX əsrin əvvəllərində tətbiq edilməyə başlanılıb. Azərbaycan müəllifinin ilk çap kitabı isə böyük alim və mütəfəkkir Nəsirəddin Tusinin 1594-cü ildə İtaliyanın “Mediçi” nəşriyyatında işıq üzü görən “Təhriri-Öqlidis” (“Evklidin şərhi”) əsəri hesab olunur.Azərbaycanda ilk litoqrafiya dəzgah
ı 1812-ci ildə Təbrizdə qurulub. Mirzəağa Zeynalabdin Təbrizinin yaratdığı mətbəədə ilk kitab isə 1819-cu ildə çap edilir. Bu, Rusiya-İran müharibəsini əks etdirən «Cihadiyyə» və Məhəmməd Füzulinin «Leyli və Məcnun» əsərləridir. BDU-nun professoru, kitabşünas alim Bayram Allahverdiyev mənbələrə istinadən ilk Azərbaycan çap kitabı nümunəsinin məhz «Leyli və Məcnun» əsəri olduğunu deyir. Bundan sonra Şimali Azərbaycanda da litoqrafiya üsulu ilə çap işi yayılmağa başlayır. Bakı və Gəncədə qurulan mətbəələrdə də xeyli kitablar çap olunub. XIX əsrin sonlarında Azərbaycanda mətbəələrin, çap olunan kitabların say və tirajı sürətlə artmağa başlayır.* * *
Müs
əlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə, digər sahələrlə yanaşı, mətbuat və kitab çapını da diqqətdə saxladı. 1918-ci ilin 15 sentyabrından Azərbaycan və rus dillərində «Azərbaycan» qəzetinin nəşri başlandı. 1919-cu ildə milli hökumətin hazırladığı mətbuat haqqında qanun parlamentdə müzakirə olundu. «Açıq söz» qəzetinin naşiri Məmməd Əli Rəsulzadə hökumət mətbəəsinin müdiri təyin olundu. Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Adil xan Ziyadxanlının «Azərbaycan», Mirzəbala Məmmədzadənin «Milli Azərbaycan hərəkatı» adlı kitabları 1919-cu ildə həmin mətbəədə çapdan çıxdı. Ümumiyyətlə, Xalq Cümhuriyyəti dövründə ölkədə müxtəlif elm və bilik sahələrinə dair təxminən 50 adda kitab və kitabça nəşr edilib.* * *
Sovet dövrü, bir çox siyasi-ideoloji yasaqlara, milli-m
ədəni sahədə tətbiq olunan məhdudiyyətlərə rəğmən, mədəniyyətin müxtəlif sahələrinin, o cümlədən kitab nəşri və yayımı işinin inkişafında mühüm bir mərhələ oldu. Görkəmli ədib və mütəfəkkirlərimizin, klassiklərin, dövrün tanınmış yazıçı və şairlərinin, alimlərinin kitabları təkcə respublikamızda deyil, bütün ittifaq məkanında böyük tirajlarla işıq üzü görərək yayılmağa başladı. Azərbaycan müəlliflərinin əsərləri müxtəlif xarici dillərə tərcümə olunaraq dünya kitab aləminə çıxdı. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi, Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu 70-80-ci illər mədəniyyətimizin yeni intibah dövrü oldu və bu tərəqqi kitab və nəşriyyat sahəsində də özünü göstərdi, respublikada yeni poliqrafiya müəssisələri, nəşriyyat və mətbəələr yaradıldı.* * *
SSRİ-nin süqutu il
ə bütün müttəfiq respublikalarda ümumi mədəniyyət infrastrukturunda baş verən tənəzzül bu sahədə də özünü göstərdi. İqtisadi əlaqələrin, ittifaq miqyaslı kitab çapı və yayımı şəbəkəsinin dağılması, sovet dövründən qalma, artıq köhnəlmiş texnologiya və avadanlıqlarla yüksək keyfiyyətli kitab nəşrinin mümkünsüz olması yeni şəraitə uyğun qərarların qəbulunu zəruri edirdi. Bununla yanaşı, müstəqilliyin bu sahəyə gətirdiyi mühüm imkanlar da vardı. Bazar iqtisadiyyatının şərtlərinə uyğun olaraq nəşriyyat işində özəl sektora geniş yer verilməsi, yeni nəşriyyatların yaranması, Avropanın və dünyanın qabaqcıl təcrübəsi ilə tanışlıq, xarici tərəfdaşlarla əməkdaşlığın inkişafı, ən əsası, dövlətin bu sahəyə diqqət və qayğısı kitab mədəniyyətimizin inkişafına, Azərbaycan kitabının tanınması və təbliğinə geniş zəmin yaradıb.* * *
H
ər bir xalqın mədəniyyətinin inkişafı üçün onun dövlətçiliyi çox mühüm şərtdir. Tariximizə nəzər salsaq, görərik ki, mədəniyyətimizin inkişafı daim milli ruh və onun yüksəlişi ilə bağlı olub. Müstəqillik dövründə Azərbaycan mədəniyyətinin qədəm qoyduğu inkişaf müstəvisi hər ötən il daha da genişlənir. Azərbaycan Respublikası gənc dövlət, özünü dünyada tanıtmağa çalışan bir ölkədir. İstər-istəməz milli mədəniyyətimiz də dünyada böyük mədəniyyətlərlə yarışmalı, özünü təsdiq etməlidir. Bu istiqamətdə müxtəlif beynəlxalq sərgilərin, mədəniyyət günlərinin təşkil olunması, Azərbaycanın mədəniyyət və incəsənət əsərlərinin dünyaya çıxarılması, beynəlxalq mədəni tədbirlərdə ölkəmizin təmsil olunması ilə yanaşı, mədəni irsimizdə kitab ziyasının özünü daha da parlaq göstərməsi vacibdir.Bu gün ölkəmizin ev sahibliyi etdiyi möhtə
şəm beynəlxalq mədəniyyət layihələri, festival, müsabiqə, forum və sərgilərin sırasında Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da öz yerini almaqdadır.