Xalqımızı və bütün soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik!
Azərbaycan xalqı və dövləti üçün əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2013-cü il ölkəmizin həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi və turizm sektoru üçün də uğurlu oldu. Respublikamızın hərtərəfli inkişafı, regional və beynəlxalq nüfuzunun artması mədəniyyət layihələrində, turizm tədbirlərində də özünü göstərdi. Azərbaycan beynəlxalq tədbirlərə, forum, festival, müsabiqə və sərgilərə ev sahibliyi edərək dünyanın diqqətini özünün zəngin mədəni irsinə, incəsənət dünyasına və gözəlləşən, yeniləşən paytaxtımıza və bölgələrimizə cəlb etdi.
Biz də “Mədəniyyət” qəzeti olaraq bu tədbirləri, yenilikləri dolğun şəkildə sizlərə çatdırmağa çalışdıq. İlin son sayında dəyərli oxucularımıza, xalqımıza və xarici ölkələrdəki bütün soydaşlarımıza bu qoşa bayramlar münasibətilə ən ülvi diləklərimizi çatdırır, hər kəsə cansağlığı, könül xoşluğu, yeni uğurlar, rifah və əmin-amanlıq arzulayırıq. Bayramlarımız mübarək!