Arxivin direktoru Maarif Teymurovun sözlərinə görə, artıq xeyli müddətdir bununla bağlı xanəndə ilə söhbət edib. Nəhayət, onun razılığını ala bilib. Hazırda arxivin əməkdaşları Alim Qasımovun evində sənədlərin ilkin ekspertizasını aparırlar. Yaxın günlərdə xanəndənin ilk şəxsi fondu açılacaq.