Müasir dövrdə elektron bazaların, resursların çoxaldılması, yeni internet mənbələrinin yaradılması dövlət idarəçiliyində əsas tələblərdən biridir. Bu reallıq mədəniyyət və turizm sahələrində də xüsusi aktuallıq kəsb edir. Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində informasiya və təbliğat işinin elektronlaşdırılması daima diqqət mərkəzində olub.

2007-ci ildə nazirliyin internet saytı (www.mct.gov.az) istifadəyə verilib. 2012 və 2015-ci illərdə yeni versiyaları hazırlanan sayt bu gün funksionallığı, sürətli keçidləri, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir.
Ötən dövrdə internet mənbələrinin artırılması istiqamətində bir çox işlər görülüb, tabe müəssisələrin veb saytlarının yaradılması təmin edilib. Nazirliyin 147 Çağrı Mərkəzi, daxil olan sənədlərin qeydiyyatı, daxil olan ərizə, şikayət və təkliflərin qeydiyyatı, Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin reyestri sistemləri yaradılıb.
Son illər nazirlik tərəfindən bu sahədə respublika əhəmiyyətli iki layihə həyata keçirilib. Nazirliyin sifarişi ilə “SİNAM” şirkəti tərəfindən yaradılan GoMap.az - Turizm məqsədli coğrafi informasiya və naviqasiya sistemi Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında yaradılmış ilk elektron xəritədir. Naviqasiya sisteminin elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 118 min maraq nöqtəsi (POİ), 5 min tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili və s. əks olunub. Digər layihə isə Azərbaycan kitabxanalarını vahid bir məkanda birləşdirən ALISA (Automated Library Information System of Azerbaijan) - mərkəzləşdirilmiş elektron kitabxana sistemidir.
Nazirlik öz fəaliyyətində mədəniyyət və turizm sahələrində çalışan qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da xüsusi diqqət ayırır. Mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət maliyyələşdirilməsi ilə bağlı ötən il “Mədəni irs və tarixi abidələrimizin təbliği” mövzusunda müsabiqə keçirilib. QHT əməkdaşları üçün Quba-Qusar bölgəsinin mədəniyyət və turizm müəssisələrinə infotur təşkil edilib.
Media ilə sıx əməkdaşlıqla bərabər, nazirliyin mətbu orqanları da fəaliyyət göstərir. “Mədəniyyət” qəzeti 1991-ci ildən nəşrə başlayıb. 2014-cü ilin aprelindən qəzetin əlavəsi olaraq aylıq “Baku Guide” bələdçi kataloqu da çap olunur. Nazirliyin digər mətbu orqanı “Mədəniyyət.AZ” jurnalının fəaliyyətində əsaslı dəyişiklik edilib, jurnal 2015-ci ilin martından yeni adla (əvvəlki adları “Mədəni maarif işi” və “Mədəni həyat”) və müasir tərtibatla nəşr olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar