Dekabrın 10-da İ.Əbilov adına mədəniyyət mərkəzində ümummilli liderimiz Heydər Əliyevin xatirəsini anma mərasimi keçiriləcək. Mədəniyyət mərkəzindən bildiriblər ki, tədbirdə ulu öndərin həyat və fəaliyyətindən ətraflı söz açılacaq, qurumun “Vurğun” poeziya teatrının ifasında Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunacaq.