Azərbaycanın məşhur aktrisası, Xalq artisti Nəsibə Zeynalovanın dəfn mərasimindən arxiv görüntülər Azərbaycan Dövlət Film Fonduna təhvil verilib. Bu barədə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev məlumat verib: “Bu görüntüləri bizə Əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov təhvil verdi. O, bu mərasimi şəxsən lentə alıb”. Aktrisanın dəfn mərasimi 11 mart 2004-cü ildə lentə alınıb.
Ə. Muradov həmçinin rejissoru olduğu “Güllələnməyə təxirə salınır” və “Anamın duaları” filmlərinin çəkiliş prosesindən olan neqativləri Dövlət Film Fonduna təhvil verib.