Fevralın 10-da Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Şəhərdəki “Qrand” şadlıq sarayında Şəki Şəhər İcra Hakimiyyəti və “Qafqaz” Universitetinin birgə hazırladıqları “Şəkidən dünyaya” adlı tədbirin əvvəlində şairin xatirəsinə həsr olunmuş film nümayiş etdirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç, Bakı Dövlət Universitetinin professorları Qara Namazov, Fərman İsmayılov, şair İlyas Tapdıq, “Qafqaz +” jurnalının redaktoru Ramazan Qafarlı, şəkili iş adamı Cavanşir Feyziyev və başqaları çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı böyük xidmətlərindən danışıb, şairlə bağlı xatirələrini bölüşüblər.
Həmin gün şəhərin mərkəzi parkında xalq şairi Bəxtiyar Vahabzadənin büstünün açılışına həsr olunmuş mərasim reallaşıb. Sonda şairin ailə üzvləri adından oğlu Azər Vahabzadə çıxış edərək göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.