Prezident İlham Əliyev tanınmış kinorejissor, Xalq artisti Eldar Tofiq oğlu Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Eldar Quliyev bu təltifə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, yanvarın 18-də Eldar Quliyevin 70 yaşı tamam olub.