M.F.Axundov adına Milli Kitabxanada 1918-ci ilin martında erməni quldur dəstələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırım faktlarından bəhs edən iki maraqlı tədbir - «31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür» adlı kitab sərgisi və «Erməni terroru karikaturalarda» adlı plakat vernisajı keçirilib.
   Kitabxananın direktoru Kərim Tahirov, Bakı Dövlət Universitetinin tarix kafedrasının dosenti Atamoğlan Məmmədli, millət vəkilləri Həvva Məmmədova və Tahir Rzayev, akademik Kərim Kərimov, Ombudsman aparatının təmsilçisi Zemfira Məhərrəmli çıxışlarında 1998-ci ildən bəri 31 mart tarixinin soyqırım günü kimi xatırlanmasının və bununla da tarixi həqiqətlərin tanıdılmasının son dərəcə önəmli olduğunu vurğuladılar. Kərim Tahirov qeyd etdi ki, kitabxanaçıların vəzifəsi faktları bir toplu şəklində ictimaiyyətə təqdim etməkdir. Həmin faktların araşdırılması isə mütəxəssislərin işidir. Atamoğlan Məmmədli öz çıxışında 1918-ci ildə Stepan Şaumyanın rəhbərliyi altında ermənilərin azəri türklərinin başına gətirdikləri vəhşiliklərin bəzi təfərrüatlarını diqqətə çatdırdı.
   Samirə